Rəqqasə Oksana Rəsulova İslam Mehrəliyevin “Maşın” şoudan sonra dostluqları bitməsi barədə səsləndirdiyi fikirlərə münasibət bildirib
Musavat.com saytına açıqlama verən Oksana aktyorun ittihamlarının əsassız olduğunu deyib: "Əsla İslamla dostluğumu kəsməmişəm. əgər elə açıqlama veribsə, İslama qarşı nə mənfi münasibətim var idisə, onu 5 qat vurub artırıram. Yalan danışır, yalan danışmaq olmaz. İslamın əsl üzünü "Maşın şou"da biz 4 nəfər qalanda mənə qarşı çıxanda gördüm. Mən ona yaraşdırmadım, o “Maşın”da mənim dostum idi. Dost deyilmiş sonra bildim. İslam kimi dostun olmaması olmağından min dəfə yaxşıdır. Əslində İslamdan biz inciməliyik. Başqa şeylərə görə biz ondan inciməli idik. İslamda mərdlik, kişilik deyilən şey varsa, yaşananları özü açıqlasın".
Rəsulova “İslam qalib gələndən sonra sizə nəsə verdimi” sualına isə belə cavab verib: "O şoudan sonra mənə heç nə vermədi. Verməyi də lazım deyil. Mənə o maşın lazım olsaydı, ayağım qırılana kimi durardım. İslamın həmin ərəfədə ikinci övladı dünyaya gəldi. Biz də ona güzəşt etdik. İslamın çörəyi dizi üstündədir. Artıq mən elə insanı tanımıram. Dostluğa son qoyuram”.
Qeyd edək ki, İslam Mehrəliyev son açıqlamasında bildirib ki, "Maşın” şoudan sonra Oksanaya istədiyi pulu vermədiyi üçün rəqqasə onunla danışmır.
MilliYol.Az
Digər xəbərlər
loading...