Terror təşkilatı PKK/PYD-nin ABŞ hərbçiləri ilə birlikdə terror təşkilatı İŞİD-dən aldığı Raqqa şəhərində terrorbaşı Abdullah Öcalanın şəkillərini asması böyük qalmaqala səbəb olub
Avropa.info xəbər verir ki, bir çox xarici KİV-lər bu mənzərəni ABŞ-ın terror təşkilatı ilə əməkdaşlığının açıq sübutu kimi təqdim ediblər.
Bu məsələ ABŞ Müdafiə Nazirliyinin (Pentaqon” sözçüsü Dana Uaytın keçirdiyi mətbuat konfransında jurnalistlər tərəfindən də qaldırılıb.
Anadolu Agentliyi müxbirinin “Rakka, ABŞ xalqından toplanan milyonlarla dollarlıq vergiləri ilə azad edilib. Ancaq YPG və ya SDG adından istifadə edən PKK/PYD Rakka qələbəsindən sonra, ABŞ tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın liderinin şəkillərini bu şəhərdən asdı. İŞİD-dən alınan şəhərin başqa bir terror təşkilatı olan PKK-ya verilməsi sizin üçün qəbuledilən bir vəziyyətdirmi” sualına ABŞ Müdafiə Nazirliyinin rəsmisi sualdan yayınmağa çalışıb.
“Biz orada SDG (PKK/PYD) ilə çalışırıq. İŞİD ilə mübarizələrini dəstəklədik. Bizim yeganə bağlılığımız İŞİD-ə qarşı mübarizədir və bunu etməyə davam edəcəyik” deyə Dana Uayt bildirib.
Xatırladaq ki, İŞİD-in paytaxt elan etdiyi Rakka, aylar sürən mühasirədən sonra PKK/PYD tərəfindən ABŞ-ın köməyi ilə çərşənbə günü alınıb. PKK-nın Suriya qolu YPG Rakka meydanında terrorbaşı Öcalanın portretini asıblar.
MilliYol.Az
Digər xəbərlər
loading...