«AzPolitka.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təhkilatı (BMT) İraqın Kərkük və Tuz-Hurmatu şəhərlərində zorakılığın yer alması barədə yayılan məlumatlardan narahatlığını ifadə edib
Bu barədə BMT-nin İraqa yardım edilməsi üzrə missiyasının (UNAMİ) bəyanatında xəbər verilir.
«BMT evlərin, təşkilatların və siyasi şöbələrin dağıdılması və qarət olunması, vətəndaşların, o cümlədən, kürdlərin mübahisəli rayonlardan məcburi yerdəyişməsi barədə yayılan xəbərlərdən narahatlıq keçirir» – bəyanatda deyilir.
BMT tədbirlər görülməsi xahişi ilə İraq hökumətinə müraciət edib: «Bütün vətndaşların müdafiəsi olunmasına diqqət yetirilsin, zorakılıq aksiyaları törədənlər məsuliyyətə cəlb olunsun» – xəbərdə deyilir.
BMT humanitar məsələlərin koordinasiyası üzrə İdarəsinin məlumatına görə, son günlər 60 mindən artıq insan Kərkük ətrafındakı rayonlardan yerlərini dəyişib və onların böyük hissəsi artıq geri qayıdır.
«Hakimiyyət dəirələri təsdiqləyir ki, Kərkükdən yerini dəyişmiş ailələrin çoxu artıq özünün şəhərdəki evinə qayıdır» – deyə, İraq üzrə humanitar məsələlərin koordinatoru Liz Qrande bəyan edib.
İraq hərbçiləri və şiə üsyançılar bundan əvvəl mübahisəli rayonlarda, ilk növbədə Kərkükdə Bağdad hakimiyyətinin bərpa olunması məqsədilə əməliyyat keçiriblər. Son illər bu rayonlar kürd muxtariyyətinin nəzarəti altında olub. Onların ətrafında mübahisə kürdlərin Bağdadın razılığı olmadan keçirdiyi müstəqillik referenduundan sonra daha da dərinləşib.
MilliYol.Az
Digər xəbərlər
loading...