2018-ci ildə elm xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2017-ci il səviyyəsində olmaqla 0,6 faiz təşkil edəcək
APA-nın xəbərinə görə, bu, 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında göstərilib. Sənəddə bildirilib ki, növbəti ildə elm xərclərinə 128, 1 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2017-ci illə müqayisədə 9,5 milyon manat və ya 8,0 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönəldiləcək.
2018-ci ildə elm xərclərində maddi-texniki təminatın möhkəmləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi üçün 5, 4 milyon manat vəsait nəzərdə tutulub.
Prezident yanında Elmin İnkişafı Fondunda 2017-ci ildə maliyyə ekspertizasından keçirilmiş yeni qrant layihələrinin 2018-ci ildə fond tərəfindən maliyyələşdirilməsinə tələb olunan əlavə 3, 5 milyon manat vəsait növbəti ilin dövlət büdcəsində proqnozlaşdırılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...