İqtisadiyyat Nazirliyi tərəfindən 2018-ci il və sonrakı 3 il üzrə hazırlanmış ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən gələn il ölkədə ÜDM-in real ifadədə artımı 1,5% olmaqla 69,4 mlrd. manat təşkil edəcək
"APA-Economics" xəbər verir ki, bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.
Sənəddə deyilir ki, qeyri-neft sektorunda ÜDM real ifadədə 2,9% artaraq 47,6 mlrd. manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 83% həcmində nəzərdə tutulur.
2018-ci ildə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 15,9 mlrd. manat proqnozlaşdırılır ki, bunun da 51,5%-i daxili investisiyaların, 48,5%-i isə xarici investisiyaların payına düşür.
Ümumi investisiyaların 9,5 mlrd. manatının qeyri-neft sektoruna, 6,4 mlrd. manatının isə neft sektoruna yönəldilməsi nəzərdə tutulur. 2018-ci ildə qeyri-dövlət investisiyalarının həcmi 9,1 mlrd. manat olmaqla, ümumi investisiyaların 57,2%-ni, dövlət investisiyalarının həcmi 6,8 mlrd. manat olmaqla, ümumi investisiyaların 42,8%-ni təşkil edəcəyi proqnoz edilir.
Növbəti ildə orta aylıq əməkhaqqının ötən il müqayisədə real ifadədə 0,5% artaraq 549,7 manat olacağı proqnozlaşdırılır.
MilliYol.Az
Digər xəbərlər
loading...