Türkiyədə kürd partiyası HDP-dən olan millət vəkili (İzmir), Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü Ertoğrul Kürkçü xarici işlər naziri Mövlud Çavuşoğluna məktub yazaraq onu Avropa Şurasının Nazirlər Komitəsində Azərbaycanda həbsdə olan REAL lideri İlqar Məmmədova dəstək verməyə çağırıb
MilliYol.Az Virtualaz.org-a istinadən xəbər verir ki, kürd millət vəkili İlqar Məmmədovu “müxalif siyasi lider” adlandırır, onun barəsində Avropa İnsan Haqları Məhkəməsinin 2014-cü ildə çıxardığı qərarın hələ də yerinə yetirilmədiyini və “günahsız yerə həbsdə saxlanılmaqda davam etdiyini” bildirir.
Ertoğrul Kürkçü yazır ki, İlqar Məmmədov “2013-cü ildə prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşdığı bir vaxtda” tutulub. Onun fikrincə Məmmədovun həbsdə saxlanılması Avropa İnsan Haqları Məhkəməsinin məhbusun dərhal azad edilməsinə dair qərarının “qorxunc şəkildə” pozulmasıdır.
“Avropa Şurasının Baş katibi Turbern Yaqland qarşıdakı günlərdə sizin də üzv olduğunuz Nazirlər Komitəsinə İlqar Məmmədovun məsələsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilməsi çağırışı edəcək. Baş katib istəyir ki, Nazirlər Komitəsi məhkəmədən Azərbaycanın Avropa Şurasına üzv olduğu halda həmin qərarı yerinə yetirməməsinin üzvlük öhdəliklərinə nə dərəcədə uyğun olduğu barədə qərar çıxarmağı xahiş etsin. Nazirlər Komitəsinin məhkəməyə bu müraciəti etməs üçün üzvlərin üçdə ikisinin səsi lazımdır. Məsələ komitənin gündəliyinə gələndə Baş katibin təklifini dəstəkləməklə həm Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının qeyd-şərtsiz yerinə yetirilməsini, eyni zamanda beynəlxalq razılaşmaların üzv ölkələr üçün daxili hüquqla eyni dərəcədə keçərli olduğunu vurğulamış olacaqsınız. Qərarınız yalnız bir ölkədə ədalətin təmin edilməsinə yardım etməklə qalmayacaq, eyn zamanda Türkiyədə ifadə azadlığına sadiqliyi də göstərəcək”-kürd millət vəkili yazır.
Xatırladaq ki, bundan əvvəl AŞPA-da Azərbaycan hakimiyyətinin tənqidinə həsr olunmuş qətnamələrin qəbulu zamanı Türkiyə nümayəndə heyətinin CHP-dən olan üzvləri həmin qətnamələrin lehinə səs veriblər. Bu da Bakıda haqlı narazılığa səbəb olub. Türkiyənin hakim partiyası da CHP-nin mövqeyindən təəsüfləndiyini bildirir və bunun Azərbaycanla münasibətlərə zərər vura biləcəyini qeyd edir.
MilliYol.Az
Digər xəbərlər
loading...