“AŞPA-nın son sessiyası başqa sessiyalardan fərqli olaraq bizim üçün o qədər də asan keçmədi. Bu, yalnız Azərbaycanla bağlı hazırlanan sənədlə bağlı deyildi”
APA-nın məlumatına görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Milli Məclisin iclasında AŞPA-nın son sessiyası barədə danışarkən deyib.
S. Seyidov qeyd edib ki, Azərbaycan məsələsi yalnız sessiyada yox, komitələrdə və siyasi partiyalarda da müzakirə olunub: “Bunun haradan qaynaqlandığı, haradan ortaya çıxdığı bizim üçün hələ də sualdır. Bu gün Avropa Şurası daxilində elə tendensiya yaranıb ki, onlar hansısa ölkəni hədəf seçib, öz problemlərini həll edirlər”.
MilliYol.Az
Digər xəbərlər
loading...