Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır
Azərbaycan Respublikası Cinayət Məcəlləsindəki bu madə belə gözlərini pul örtmüş məmurları qorxutmur. Korrupsiya halının tədris ocağında baş verməsi ikiqat təəsüf doğurur.
Obyektiv.org ADPU-nun Ağcəbədi filialındakı qanunsuzluqlarla bağlı araşdırmasını davam etdirir.
Filialın direktoru Mətənət Fərzəliyevanın şəxsi büdcəsini necə doldurmasının sirlərini açıqlayaq. Məsələn bu yaxınlarda o işçilərə bəyan edib ki, struktur islahatları çərçivəsində guya ixtisarlar gedəcək. İşçilər bilirlər ki, Mətənət xanım yay məzuniyyətində xərclədiyi külli-miqdarda pulu çıxarmaq niyyətindədir , əslində heç bir ixtisar gözlənilmir. Amma işi itirməmək üçün müdürə xanıma pul verməyə razılaşıblar 30-a yaxın işçidən , hərəsindən 500-1000 arası pul toplanıb.
Bəs bu məbləği kim toplayıb? Bu adam direktorun sevimli kadrı, saxta diploma görə Gəncə Məhkəməsində məhkəməsi davam edən ,filialda elmi işlər üzrə baş mütəxəssis Nahidə Qəhrəmanovadır. Üqmumilikdə 20 min manata yaxın vəsait yığılıb. İndi də oktyabr ayının maaşından başqa adla pul yığılır.
Mətənət Fərzəliyevanın diğər maxinasiyası. Əslən Şuşadan olduğu üçün ətrafına xeyli yerlisin yığıb. Qanunla dağlıq ərazilərdə çalışanlara yüksəklik pulu verilir əlavə. Direktor yerlilərinə yüksəklik pulu yazdıraraq mənimsəyir. Axı Ağcəbədidə yüksəklik yoxdur. İşçinin təkcə şuşalı olduğuna görə bunu yazdırmaq cinayətdir.
MilliYol.Az
Digər xəbərlər
loading...