Narkotik istifadəçisi olduğuna görə Suraxanı rayon Hövsan bələdiyyəsinin üzvü Rövşən Quliyev 1 ay müddətində həbs edilib
Suraxanı rayon Polis İdarəsinin əməkdalrı narkotik maddələrdən istifadə etdiyinə görə Quliyev Rövşən Məşhur oğlunu saxlayıb.
Bu barədə AzMedia.info-ya daxil olan məlumata əsasən dünən Rövşən Quliyev Suraxanı məhkəməsinə çıxarılıb. Məhkəmənin qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə uyğun olaraq tərəfindən inzibati qaydada 1 ay müddətində həbs edilib.
Daxil olan məlumatda qeyd olunur ki, Rövşən Quliyev Hövsan bələdiyyəsinin üzvüdür. Məhkəmədə ifadə verən Rövşən Quliyev özü də bunu təsdiq edərək bildirib ki, Hövsan bələdiyyəsində işləyir. Məhkəmə zalında o da məlum olub ki, təqsirləndirilən şəxs Suraxanı rayon Hövsan nümayəndəyinin sədri Ağasəlim Əliyevin yeznəsidir.
İddiya görə Ağasəlim Əliyev özü məhkəmədə iştirak etməsə də, kürəkəninin həbsdən yayınması üçün məhkəmə hakimi ilə əlaqə saxlayıb. Buna baxmayaraq məhkəmə Rövşən Quliyev haqqında 1 aylıq həbs inzibati cəza təyin edib.
Narkotikdən istifadəçisi olan Hövsan bələdiyyə üzvününün həbsinin təffərruatları ilə bağlı araşdırmamız davam edir.
Mənbə: AzMedia.info
MilliYol.az
Digər xəbərlər
loading...