Maksim Suçkov
“Al-Monitor” (ABŞ)
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu həftə İsrailə iki günlük səfər edib. Oktyabrın 16-da o, Təl-Əvivdə İsrailin müdafiə naziri Aviqdor Liberman və İsrail Müdafiə Qüvvələri Baş Qərargahının rəhbəri Qadi Eyzenkot, daha sonra baş nazir Benjamin Netanyahu ilə görüşüb.
Şoyqunun Təl-Əvivə gəlişi ərəfəsində İsrail hava qüvvələri Suriya ordusunun hava hücumundan müdafiə sistemini məhv ediblər. İddiaya görə, İsrail təyyarələri Livan üzərində kəşfiyyat apararkən, onlara raket atəşi açılıb. İsrail "real vaxt rejimində" bu hadisə barədə Rusiyaya məlumat verdiyini və Moskvanın potensial mənfi təpkisini azaltmaq üçün Şoyqunun "hərtərəfli məlumatlandırdığını" açıqlayıb.
Şoyqu sentyabr ayında, sirlə örtülmüş Şama səfəri ilə müqayisədə, İsrail səfərinə aydınlıq gətirib: "Ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlıqdan başqa, terrorizmlə mübarizə, eləcə də regiondakı ümumi vəziyyət əsas problem olaraq qalır. Üstəlik, Suriya ilə əlaqəsi olan bütün məsələləri müzakirə etmək istəyirik. Rusiyanın əməliyyatı sona çatır. Təcili həllər və gələcək perspektivləri müzakirə etmək üçün bir neçə məqam var. Müzakirə ediləsi çox şey var".
Cavab olaraq, Liberman deyib ki, İsrail "Rusiya ilə olan dəyərli əlaqələri, səmimi dialoqu yüksək qiymətləndirir".
Şoyqunun hərbi-texniki əməkdaşlığa dair dediyi, İsrailin Rusiyanın ağır piyada döyüş maşını “BMPT Terminator”un satın almasında maraqlı olduğunu göstərir. Rusiya İŞİD əleyhinə döyüşlərdə bu nəqliyyat vasitəsini Suriyada sınaqdan çıxarıb.
Rusiya-İsrail arasındakı razılaşmanın perspektivlərini şərh edən “Eksport Voorujeniy” jurnalının hərbi analitiki və baş redaktoru Andrey Frolov "Al-Monitor"a bildirib: "İsraillilər heç vaxt Rusiyadan silah almayıb. Üçüncü ölkələrdə sovet hərbi texnikasının modernləşdirilməsi ilə bağlı bir neçə layihə olub, lakin heç zaman birbaşa satın alma baş verməyib. Rusiya isə İsraildən silah alıb”.
Şoyqu-Liberman danışıqlarında daha önəmli olan Moskva və Tel-Əviv arasındakı hərbi koordinasiya, eyni zamanda, iki dövlətin uzun müddətdə Suriya və İranla necə əlaqə quracağını göstərib.
Şoyqunun Rusiyanın Suriyadakı kampaniyasının "sona çatması" ilə bağlı şərhi Moskvanın bu ölkədəki siyasətinin gələcək gedişatına dair möhtəkirliyə səbəb olub. Frolov deyib ki, bu qeydlər çox mücərrəd səslənir: "Kampaniyanın həqiqətən, sona çatdığını demək çətindir. Həqiqi nəticələr əldə etmək üçün dəqiq başlanğıc məqsədlərini bilinməlidir".
Rusiyanın elan etdiyi “son” doğrudan da mücərrəd səslənir. Fevral ayında Şoyqu bildirmişdi ki, rus qoşunları evə qayıdacaq. Mart ayında prezident Vladimir Putin Suriyadakı məqsədləri "tamamladı" və həqiqətən Rusiyanın əsas qüvvələrinin geri çəkilməsi əmrini verdi, lakin Rusiyanın kampaniyası hələ də davam edir.
Avqustun sonunda Şoyqu Suriyadakı müharibənin "faktiki" sona çatdığını bildirib. Sentyabr ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə Putin "Suriyada sülh şəraiti yaradılıb" deyə təkrarladı. Rusiya Müdafiə Nazirliyi ötən həftə “Suriya ərazisinin 92%-nin İŞİD-dən azad olunduğunu” açıqlayıb.
İki il əvvəl Rusiyaya Suriyaya daxil olduqda Putinin elan etdiyi kimi, hədəf "terroristləri məğlub etmək" olduğu halda, missiya həqiqətən də başa çatırsa, Rusiyada bir sıra digər çətinliklərlə – Suriya prezidenti Bəşər Əsədin aqibəti və İranın artan iştirakı ilə üzləşib.
Netanyahu ilə görüşündə İran xüsusi olaraq gündəmdə idi. Görüşdən sonra İsrail baş naziri “Twitter” səhifəsində yazıb: "İran Suriyada hərbi şəkildə özünü qorumağa çalışır. Rusiya rəhbərliyinə dedim ki, İrana bunu icazə verməyəcəyimizi başa düşməlisiniz".
Rusiyanın “Kommersant” qəzeti Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazıb ki, Şoyqunun rəhbərlik etdiyi nümayəndə heyəti israillilərə hava qüvvələrinin Suriyadakı əməliyyatları ilə və İranın Suriyada terrorla mübarizəyə töhfəsi barədə məlumat verib. Moskva Suriyadakı dörd hərbisizləşdirilən zonasının fəaliyyət göstərəcəyi barədə bəzi məlumatları da açıqlayıb. İsrail bu prosesdə vasitəçilik edən İranın ideyasına qarşı çıxır, amma Rusiya başqa cür köklənib.
Rusiyanın “Hizbullah”ı dəstəkləməsi də iki tərəfin gündəmindədir: ruslar Suriyadakı əməliyyatların planlaşdırılmasında və “Hizbullah”ı silahla təmin etməkdə kənarda qaldıqlarını deyiblər.
Rus diplomatiyası Yaxın Şərqdəki müxtəlif oyunçularla mütəhərrik siyasətindən qürur duyur. Moskva, demək olar ki, bütün maraqlı tərəflərlə məşğul olmağa çalışır. Bu, asan missiya deyil və Şoyqunun səfəri günü İsrail ilə Suriya arasında baş verən hərbi toqquşma Rusiyanın subyektləri ayrı tutma gücünün obyektiv sərhədlərini ortaya qoyur.
İsrailin bölgədəki rolu və hərbi qüdrətini nəzərə alsaq, Putinin, İsrailin hər hansı hücumundan immunitet təmin etməsi üçün Netanyahu ilə mövcud ünsiyyət səviyyəsini davam etdirməsi çox vacibdir. Ancaq İsrailin sərhədləri yaxınlığında İranın artan iştirakını da dayandırmaq lazımdır. Eyni zamanda, Tehran öz mövcudluğunu genişləndirmək və gücləndirməyə qərarlıdır. Moskva bu vəziyyəti öz mübarizəsi kimi görmür və potensial çətinlikləri adlamağa çalışır.
İsrail Rusiyanın hərbi iştirakına çox laqeyd yanaşır və öz mənfəətini güdür. İran isə Suriyada Rusiya üçün çox vacibdir. Ancaq Rusiyanın Suriyadakı hədəfi son nəticədə nə İsrail, nə də İrandır. Moskva ehtiyatı əldən vermir. Məsələn, Rusiya KİV-ləri son vaxtlar İranın “Hizbullah”a silah-sursat transferi nöqtəsinin Livanla sərhəddən Mərkəzi Suriyaya, Palmiraya yaxınlaşdığını yazıb. Bu dəyişiklik nəticəsində İsrail hücum üçün Suriya ərazisinə dərin sahələrinə uçmaq məcburiyyətində qalacaq və Rusiyanın hava qüvvələri ilə bir nöqtədə qarşıdurma ola bilər.
Şoyqunun səfəri bu baxımdan əhəmiyyətli görünür. İranla oxşar danışıqların aparılmalıdır və bu, Putinin noyabrın əvvəllərində Tehrana səfərinin mümkün məqsədi olacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...