Avropa dövlətləri Kataloniyanın müstəqilliyini qəbul etməyəcək
Bunu Avropa Parlamentinin sədri Antonio Tayani “Kore” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, Kataloniya böhranı krallığın daxili işidir: “Avropa məsələnin qarşılıqlı dialoq müstəvisində həllinin tərəfdarıdır. Vacib olan İspaniya qanunları və konstitusiyası çərçivəsində qərar qəbul etməkdir. Yaxşı olardı ki, Kataloniya müstəqilliyini elan etməsin, çünki Avropada heç kim Kataloniyanın müstəqilliyi ilə razılaşa bilməz”.
Qeyd edək ki, K. Puçdemon bu il oktyabrın 1-də keçirilən mübahisəli referendumdan sonra Kataloniyanın müstəqilliyinin elan olunacağını bildirib. İspaniya hökuməti isə Kataloniyanın muxtariyyət statusunu ləğv etməyə hazırlaşır.
MilliYol.Az
Digər xəbərlər
loading...