İraq mərkəzi hökuməti Kürd Muxtar Vilayətinin rəhbəri Bərzaniyə qarşı daha bir sərt addım atıb
Strateq.az "Reuters"ə istinadən xəbər verir ki, mərkəzi hökumətin tələbi ilə İraq Ali Məhkəməsi Bərzaninin koməkçisi Kosrət Rəsulun haqqında həbs qərarı çıxarıb.
Belə bir qərarın verilməsinə səbəb isə onun Kərkükdəki Iraq ordusunu "işgalçı güclər" adlandırmasıdır: "Ali Məhkəmənin verdiyi qərara görə, Kosrət Rəsulu 7 il həbs cəzası gözləyir. Məhkəmə Bərzaninin köməkçisi haqda axtarış verib, o, görüldüyü yerdə tutulacaq".
Məhkəmənin bu qərarına Kürd Muxtar Vilayətindən hələlik şərh gəlməyib.
MilliYol.Az
Digər xəbərlər
loading...