Bakıda MDB Sərhəd Qoşunları komandanları Şurasının 78-ci iclası keçirilib
APA-nın məlumatına görə, iclasda 8 ölkənin Sərhəd Qoşunları xidmətinin nümayəndələri iştirak edib.
Tədbirə həmçinin MDB İcraiyyə Komitəsinin rəhbəri qatılıb.
İclasda iştirak edən MDB Sərhəd Qoşunları komandanları şurasının Koordinasiya Xidmətinin sədri, Rusiya Sərhəd Qoşunları komandanının müavini Aleksandr Manilov bildirib ki, iclasın gündəliyinə üzv ölkələrin sərhədlərində təhlükəsizliyin möhkəmlənməsi ilə bağlı 9 əsas məsələ daxil edilib. Onun sözlərinə görə, iclasın yekununda 25 sənəd imzalanıb.
"Sənədlərin əksəriyyəti ölkələrin sərhədlərində, o cümlədən Tacikistan-Əfqanıstan sərhədində və MDB ölkələrinin təhlükəsizliyinə təhdid olan biləcək hissələrində yaranmış vəziyyətlə bağlı müzakirələrin nəticəsinə dair olub. Tərəflər sərhəd təhlükəsizliyinin təminatı sahəsində əməkdaşlıq və informasiya mübadiləsinin həyata keçirilməsi ilə bağlı razılığa gəliblər", - deyə o vurğulayıb.
Rusiya sərhəd xidməti komandanının müavini əlavə edib ki, iclas zamanı tərəflər mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, sərhədlərdə miqrasiya prosesləri və digər məsələləri müzakirə ediblər. Tərəflər MDB məkanında təhsil müəssisələrində zabit heyətinin hazırlanması məsələsini də gündəliyə çıxarıblar.
MilliYol.Az
Digər xəbərlər
loading...