Mahmudovdan canını qurtaran Qorxmaz Hüseynov ən yaxın ətrafı tərəfindən şantaj olunur; “Naxçıvan qruplaşması” niyə Qorxmaz Hüseynova qəzəblidir: Qorxmaz Hüseynovun qardaşı oğlu Yusufəli Hüseynov “Azərsu” ASC-də nə işlə məşğul olur...
“Azərsu” ASC-də qruplar arası çəkişmə davm edir və bu çəkişmələrə ASC prezidentinin ən yaxın çevrəsi cəlb olunub.
Bu barədə paytaxt.org saytına daxil olan yeni məlumatda bildirildir ki, Qorxmaz Hüseynov hələ də “köstəbək” axtaşındadır və ASC prezidenti “Azərsu”dakı “qara dəliyi” qapatmaqda çox israrlıdır. Lakin buna baxmayaraq Qorxmaz Hüseynov bunu hələ ki, başara bilmir. Çünki ASC-dəki qruplahmaların qovğası “köstəbək”lərin həm sayını, həm də axtarış miqyasını çox böüydür və təbii olaraq qovğa edən tərəflər informasiya sızmasında bir-birilərini ittiham edirlər.
Xatırladaq ki, “Azərsu” ASC ilə bağlı birinci yazımızda bildirilirdi ki, Açıq Səhmdar Cəmiyyətində FETÖ - “Cəbrayıl qruplaşması” didişməsi Qorxmaz Hüseynovun böyük baş ağrısına çevrilib. Bildirmişdik ki, qurumdakı korrupsiya əməlləri barədə mətbuata mütamadi olaraq sızdırılın yazılar sədr Qorxmaz Hüseynovu ciddi narahat etməkdədir. Bir neçə ildir ki, “Azərsu” ASC ilə bağlı mətbuata məlumat ötürən mənbə axtarılsa da və hətta Qorxmaz Hüsenov bir neçə dəfə bunun üçün maliyyə vəsaiti ayırsa da, “köstəbək” tapılmır ki, tapılmır.
Mənbəmiz “Azərsu” ASC-dəki böyük korrupsiya faktları və yeyintilər haqqında danışaraq bildirilib ki, əvvəllər “Azərsu” ASC-də korrupsiya Eldar Mahmudovun adamlarının nəzarəti altında olub. Mənbə bildirib ki, “Azərsu” ASC-nin xüsusi şöbəsinin rəisi korrupsiyaya birbaşa nəzarəti həyata keçirimiş və topladığı məlumatları da həbsxanada intihar edən polkovnik İlqar Əliyevə çatıdırırmış. Ehtiyac oduğu zaman isə, İlqar Əliyev nəzarətində olan saytlara bu məlumatları ötürüb və onların əli ilə “Azərsu” rəhbərlərini şantaj edərək külli miqdarda pullar alıblar. Və bu şantaj fəaliyyətləri hər ay “Azərsu” ASC-dən Eldar Mahmudava yollanılan vəsaitdən xaric olub.
Mənbə bildirib ki, sədrin köhnə dostu, həmyerlisi və “Cəbrayıl qruplaşması”nın başında duran Möhsün Quliyev və digərləri bu vəziyyətdən istifadə ediblər və hazırda da istifadə etməkdə davam edirlər. Mənbə qeyd edib ki, Eldar Mahmudovun cinayətkar qruplaşması ifşa olunduqdan sonra, Qorxmaz Hüseynov mətbuata çatdırılan pulu azaldıb. Lakin bundan xoşlanmayan “Azərsu” ASC-nin İşlər İdarəsinin rəsisi Möhsün Quliyev və “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı mətbuatdakı dostları vasitəsi ilə Qorxmaz Hüseynov üçün sıxıntılı vəziyyət yaradıblar. Bu hal bir neçə dəfə təkrarlanıb və hər dəfə Qorxmaz Hüseynov mətbuat üçün ayrılan “büdcəni” bərpa etməyə məcbur olub.
Mənbə bu işlərdə “Naxçıvan qruplaşması” da kənarda qalmadığını bildirib. İnformasiya mənbəmizin sözlərinə görə əvvəllər “Naxçıvan qruplaşması” daxili intiriqalarda iştirak etməsələr də, sonradan buna məcbur olublar. Belə ki, onların subbodratçı şirkətlərinin tenderlərdən uzaqlaşdırılması və onların nəzarətində olan şirkətlərə sifarişlərin demək olar ki, verilməməsi “Naxçıvan qruplaşması”nı da sədrə qarşı “adekvar tədbirlər” həyata keçirməyə məcbur edib. Mənbə bildirir ki, Qorxmaz Hüseynovun böyük layihələri və pullu işləri yaxın qohumlarına, xüsusən də Yusufəli adlı qardaşı oğluna həvalə etməsi “Naxçıvan qruplaşması”nın qəzəbinə səbəb olub və onlar da sədr haqqında məlumatları öz kanalları ilə mətbuata ötürüblər. Nəticədə təzyiqlər öz bəhrəsini verib və “Naxçıvan qruplaşması” yenidən bir çox layihələrdə yer alıb.
Qeyd edək ki, Qorxmaz Hüseynovun qardaşı oğlu Yusufəli Hüseynov əvvəllər Daxili Qoşunlar Baş idarəsində əvvəlki komandan Zakir Həsənovun yavəri vəzifəsində çalışıb. Qorxmaz Hüseynovun ailəsi üzvlərinin bəzilərinin fətullahçılarla bir yerdə olması üzündən öz yavərindən canını qurtarmağa çoxdan fürsət axtaran general Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra yavəri Yusufəli Hüseynov özü ilə aparmayıb. Qardaşı oğlunun ortalıqda qaldığını görən Qorxmaz Hüseynov isə, onu “Azərsu”ya gətirərək “Naxçıvan qruplaşması”nın əlində olan işləri ona tapşırıb.
Məibə bildirir ki, indi “Naxçıvan qruplaşması”sı da aktiv şəkildə daxili intriqalarda iştirak edir və hər vəchlə mövqelərini qorumağa çalışırlar. Lakin əvvəllər Eldar Mahmudovdan çəkinən Hüseynov artıq “Naxçıvan qruplaşması”sı ilə vidalaşmaca çalışır və bu da ona əlavə problemlərin yaranmasına səbəb olub.
Yeri gəlmşkən, qeyd edək ki, Salyan rayonunun sabiq icra hakimiyəti başçısı Tahir Kərimov da AzərSuya yüksək posta gəlməyə hazırlaşırdı. Bu barədə də danışan mənbəmiz qeyd edib ki, icra başçısı postunu biabırçılıqla itirən Tahir Kərimovun arzusu “Azərsu” ASC-ya vitse prezident gəlmək olub və bunun üçündə öz hamisinə ağız açıb. Kərimovun gələcəkdə sədri yıxa biləcəyindən ehtiyat edən Qorxmaz Hüseynov isə məhz SOSAR-dakı güclərin hesabına sabiq başçının arzusunu ürəyində qoymağı bacarıb. Hazırda isə Tahir Kərimovun “Azərsu” ASC-də çalışan qardaşı Qabil Kərimov gözümçıxdıya salınıb.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Mənbə: Paytaxt.org
MilliYol.az
Digər xəbərlər
loading...