“Növbəti iki gün ərzində Azərbaycanda sabit hava şəraiti davam edəcək”
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, oktyabr ayının 20-21-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək: “Cənub şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturu bugünlərlə müqayisədə tədricən yüksələcək. Bakıda havanın temperaturunun 23 dərəcəyədək artacağı gözlənilir”.
MilliYol.Az
Digər xəbərlər
loading...