İtaliyada məşhur mafia başçısı Ernesto Fazzalari həbs edilib.
Musavat.com xəbər verir ki, o, Siciliya mafiyası başçısından sonra ölkədə axtarılan ikinci cinayətkar hesab olunur.
Fazzalari 90-cı illərdə mafioz olması ilə yanaşı, qətl və silah alverinə görə, qiyabı olaraq ömürlük cəzaya məhkum edilib. Cinayətkar 20 il müddətində hökumətdən gizlənə bilib.
Məlumata əsasən, o, bu gün səhər saatlarında ölkənin cənubundakı Kalabri şəhərində saxlanılıb. İlk olaraq təhlükəli cinayətkarın həbsi barədə xəbəri İtaliyanın baş naziri öz “twitter” hesabından bəyan edib.
MilliYol.Az
Digər xəbərlər
loading...