Bu gün Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 26-cı ildönümüdür.26 il öncə – 1991-ci ilin bu günü Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında” Konstitusiya Aktını qəbul edib
O zaman Dövlət Müstəqilliyimizin lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib. 31 deputat Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin əleyhinə səs verib. Digərləri isə iclasa qatılmayıb.
Qəribə də olsa, müstəqilliyinin əleyhinə səs verənlərin bir çoxu müstəqillik illərində yüksək vəzifə tutub, deputat olub. Bəziləri bu gün də vəzifədədir və deputatdr. Müstəqil dövlət olmağımızın əlyhinə səs verənlər arasında müstəqilik illərində tutduğu vəzifə hesabına milyonçuya çevrilən, oliqarx olan, nəvəsinə milyonluq maşın kolleksiyası yaradanlar da var.
Dövlət Müstəqilliyimizin əleyhinə səs verənləri təqdim edirik. :
1. Arif Rəhimzadə - deputat
2. Yaşar Əliyev - Azərbaycanın Çindəki sabiq səfiri
3. Abbas Abbasov – baş nazirin sabiq birinci müavini
4. Fikrət Sadıqov - “Azərkimya” DŞ-nin keçmiş prezidenti
5. Samur Novruzov – sabiq deputat, vəfat edib
6. Eldar İbrahimov – deputat, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri
7. Şaitdin Əliyev - sabiq deputat, MSK üzvü
8. Gülnarə Qurbanova - sabiq deputat
9. Mixail Zabelin - deputat
10. Sultan Məmmədov – sabiq deputat, biznes fəaliyyətilə məşğuldur
11. Zeynəb Xanlarova - Xalq artisti, deputat
12. Madər Musayev – deputat
13. Yaşar Rzayev - sabiq deuptat, Lənkəranın keçmiş icra başçısı
14. Gennadi Timoşenko - sabiq deputat
15. Həsən Həsənov – keçmiş baş nazir və xarici işlər naziri, Polşadakı səfir
16. Əli Həsənov - Baş nazirin müavini, “Qaçkınkom”un sədri
17. Şair Həsənov - Tikinti və Arxitektura Komitəsinin sabiq sədri, keçmiş nazir
18. İrşad Əliyev - sabiq kənd təsərrüfatı naziri, Beyləqanın keçmiş icra başçısı
19. Əhməd Əhmədzadə - Su və Meliorasiya komitəsinin sədri
20. Aslan Süleymanov – sabiq deputat
21. Arif Ağayev - Yasamal və Samuxun keçmiş icra başçısı
22. Şamil Həsənov - Ağcəbədinin keçmiş icra başçısı
23. Sahib Əkbərov - Kəlbəcərin sabiq icra başçısı
24. Tapdıq Kamalov - sabiq deputat
25. Rüfət Əsədov – Nazirlər Kabinetində sabiq şöbə müdiri
26. Tofiq Bağırov – Cəlilabadın keçmiş icra başçısı
27. Arif Mövsümov – Nazirlər Kabinetində sabiq şöbə müdiri, vəfat edib
28. Cahangir Hüseynov - sabiq deputat
29. Mirhəmzə Əfəndiyev – Belçikadakı sabiq səfir
30. Telman Orucov – Sabiq deputat
31. Çingiz Sadıqov – sabiq deputat, vəfat edib(azpolitika.info)
MilliYol.Az
Digər xəbərlər
loading...