Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq qərarı - "Brexit"in ardınca ölkədə yaranan böhran getdikcə dərinləşir. MilliYol.Az xəbər verir ki, ana müxalifət partiyası hesab olunan İşçi Partiyasının kölgə kabinetinin nazirləri ard-arda istefa verir.
Artıq istefa verən nazirlərin sayı 7-yə çatıb. Son olaraq kölgə kabinetinin maliyyə naziri Seema Malhotra istefa verib. Bu barədə o, özü açıqlamasında bildirib.
Birləşmiş Krallığın Avropa Birliyində qalmasına tərəfdar olan, amma apardığı kampaniyaya yetərincə dəstək toplaya bilməyən İşçi Partiyasının lideri Ceremi Korbin partiyanın aparıcı siyasətçilərindən Hilari Bennin kölgə kabinetindəki fəaliyyətinə son qoymuşdu.
Hilarin Bennin vəzifəsindən kənarlaşdırılmasından sonra kölgə kabinetinin səhiyyə naziri Heydi Aleksander, gənclər və seçki naziri Qloria De Pyero, Şotlandiya naziri İan Murray, təhsil naziri Lusi Povell, nəqliyyat naziri Lilian Qrinvud və ekologiya naziri Kerri Makkarti istefa vermişdi.
Qeyd edək ki, İşçi Partiyasının 650 nəfərlik parlamentdə 229 mandatı var.
MilliYol.Az
Digər xəbərlər
loading...