Ağdaş rayonunun Qoşaqovaq kəndinin sakinləri təşviş içindədir. Qadın və uşaqlar hava qaralan kimi həyətə çıxmağa belə qorxurlar.
Onlar iddia edir ki, kim olduqları bilinməyən insanlar qəribə geyimlərdə həyətlərə girir, gozə görünüb yoxa çıxırlar. İnsanların təşvişə düşməsinə səbəb son 20 gündə kənddə qəribə insanların peyda olmasıdır.
Həmin şəxslər həyətlərə girərək sanki nə isə axtarırlar. Hər hansı birini görən kimi isə qaçıb yoxa çıxırlar. Kənd sakinlərində o qədər qorxu yaranıb ki, həmin adamların 3 metrden artıq boyunun və uzun saqqallının olması barədə söz-söhbətlər gəzir. Qoşaqovaq kənd bələdiyyəsinin sədri Xəlil Xəlilov deyir ki, sakinlərin gözünə görünən bu insan təhlükəsiz olsa da, əhalini qorxu içərisində saxlayır. Bələdiyyə sədrinin sözlərinə görə, indiyə qədər heç kimə xəsarət yetirilməyib və heç kimin evindən oğurluq edilməyib.
Məsələ ilə bağlı Ağdaş Rayon Polis şöbəsinə də məlumat verilib. Polis əməkdaşları kəndə baxış keçirib, lakin heç bir qəribəlik aşkar edə bilməyib. Şöbədən bildirilib ki, müraciətlər əsasında ətraflı araşdırma aparılır. (Xəzər Xəbər)
MilliYol.Az
Digər xəbərlər
loading...