Türkiyə İraqa iki komandos birliyi yeritdi - Rəsmi Ankara gecə hərbi əməliyyata qərar verdi
Dünən İraqın Zap bölgəsindəki yolda əldəqayırma bomba partlatmaqla yanaşı, türk hərbçilərinə qəfil hücum edən PKK terrorçularının 2 əsgəri şəhid etməsi, 3-nü isə yaralaması rəsmi Ankaranı hərəkətə gətirib.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki,Iraq ordusunun Kürd Muxtar Vilayətinə qarşı başladığı əməilyyatla bağlı geri çəkilən peşmərgənin boşaltdığı bəzi bölgələrdə fürsət axtaran PKK terror təşkilatı fəaliyyətini gücləndirib. Belə ki, terror təşkilatı İraqda mövcud olan Türkiyə hərbi bazalarna gedən yollarda, o cümlədən Zap bölgəsində türk hərbçilərinə qarşı dağlarda gizlənməklə, mövqe tutmağa cəhd edirlər. Məhz bu da rəsmi Ankaranı İraq ərazisində açıq əməliyyata məcbur qoyub.
Məlumata görə, dünən gecədən başlayaraq, Türkiyə ordusu Habur sərhəd məntəqəsi ilə üzbəüzdə yerləşən İraqın "Xəlil İbrahim" keçidini Bağdad hökumətinə təhvil verdikdən dərhal sonra bölgədə yeni əməliyyata başlayıb:
"Xatırladaq ki, dünənə qədər Iraqın şimalındakı türk əsgərlərinin olduğu hərbi bazalara gedən yolun təhükəsizliyini peşmərgələr qoruyub. Ancaq İraq ordusunun iki gün əvvəl başladığı əməliyyat və Türkiyənin sərt mövqeyindən sonra Bərzaniyə bağlı olan peşmərgələr dünəndən sərhəd buraxıış keçidindən və həmin yollardan da çəkilib. Bunu fürsət bilən PKK yaranmış boşluqdan istifadə edərək, bölgəyə girməyə başlayıb. PKK xüsusən İraqın Zap bölgəsində aktivləşib. Bunu nəzərə alan Türkiyə Silahlı Qüvvələri dünən gecədən "Zap hərəkatı" adlı əməliyyata start verib. Məqsəd Şimali İraqda olan türk hərbi bazalarının təhlükəsiziyini təmin etməklə yanaşı, həmin bölgədə təhlükəsiz zona yaratmaqdır".
Məlumata görə, Türkiyə Baş Qərargahı Zap bölgəsinə iki komandos birliyi yeridib və hazırda çox uğurlu əməliyyat davam edir.
MilliYol.Az
Digər xəbərlər
loading...