Fövqəladə Hallar Nazirliyinin (FHN) əsgəri hərbi xidmət vaxtı naməlum şəkildə yaralanıb
“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, FHN-in N saylı hərbi hissəsində xidmət edən Xaçmaz rayonunun Ağyazı kəndində anadan olmuş 1997-ci il təvəllüdlü Əliyev Elşad Mərdan oğlu qarın nahiyəsindən 4 bıçaq xəsarəti alıb.
Yaralı əsgər xəstəxanaya yerləşdirilib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadəsində əsəbi olduğunu, bu səbəbdən özünü bıçaqlayaraq intihara cəhd etdiyini deyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, E.Əliyev 4 aydır ki, N saylı hərbi hissədə qulluq edir.
MilliYol.Az
Digər xəbərlər
loading...