Gəncədə piyada vurulması qeydə alınıb
“ARB TV”dən virtualaz.org-a verilən məlumata görə, Gəncə-İmamzadə avtomobil yolunun 2-ci kilometrliyində Samux rayon sakini, 31 yaşlı Sabir Məmmədov idarə etdiyi “VAZ 2106” ilə hərəkətdə olarkən yolu keçmək istəyən həmyerlisi, 38 yaşlı Elnur Quliyevi vurub.
Sürücü xəsarət alan piyadanı xəstəxanaya apararkən o, yolda dünyasını dəyişib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Hadisə şahidi: “Yolda durmuşdum. Gördüm ki, maşın vurdu. Biz də köməklik etdik apardıq xəstəxanaya”.
Hadisəni törədən “VAZ”ın sürücüsü saxlanılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...