«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İraq Kürdüstanı kürdlərlə İraqın mərkəzi hökuməti arasında yaranmış və müstəqillik referendumundan sonra daha da dərinləşmiş münaqişənin həlli məsələsində Rusiyanın vasitəçiliyini dəstəkləyir
Bu barədə Kürdüstan demokrat partiyasının nümayəndəsi Xoşavi Bəbəkr «RİA Novosti» agentliyinə danışıb.
«Rusiyanın vasitəçi kimi iştirakı bizim üçün çox vacibdir. Rusiyanın mövqeyi qərb ölkələrindən fərqli olaraq, xeyli loyal oldu. Bu mövqeyinə görə,biz, Rusiyaya minnətdarıq. Ötən həftə İraq Kürdüstanının lideri Məsud Bərzani Rusiyanın Ərbildəki Baş konsuluna minnətdarlıq məktubu göndərib» – deyə, Bəbəkr bildirib.
O, kürdlərin Kərkükü yenidən işğal etmək niyətində olduğunu açıqlayıb . Çərşənbə axşamı Kürdüstan Demokrat paprtiyasının nümayəndəsi qeyd edib ki, kürd silahlı birləşmələri (peşmərgə) əks hücuma keçmək niyyətindədir.
MilliYol.Az
Digər xəbərlər
loading...