Rusiyanın Sankt-Peterburq şəhərindəki “Krestı” həbsxanasında cəzaçəkən “Albert Rıjiy” ləqəbli avtoritet Əli Əhmədov Moskvaya etap olunub
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, “Albert Rıjiy”lə bərabər “Krestı” həbsxanasında “polejeniya”ya baxan “Sanya Qoça” ləqəbli qanuni oğrunun məktubu da Moskvadakı 4 saylı cəzaçəkmə müəssiəsinə daxil olub.
Həmin məktubda Moskvadakı dustaqlara bildirilir ki, “Albert Rıjıy” “qanuni oğru”dur, onun adına hörmət edilməlidir. “Gəlin onu Oğru Evimizdə” salamlayaq, uzun ömür, can sağlığı, sevinci günlər arzulayaq”.
Xatırladaq ki, Əli Əhmədov 1981-ci ildə Gəncədə anadan olub. 2012-ci ildə qanuni oğru adını alıb. 2014-cü ili iyunun 9-da Türkiyənin Ədirnə şəhərində saxlanılıb.
Elə həmin ay Türkiyədə “Lotu Quli”nin qardaşı “Namiq Bakinski”, “Nika Qaqqrinski”, “Qoça Rustavski, “Rafət Əli Bayramlisnki”, “Ceyhun Gəncinski” və daha bir neçə nəfərin iştirakıyla keçirilən “sxodkada” qanuni oğru adı əlindən alınıb.
Əli Əhmədov Sankt-Peterburq şəhər Frunze rayon məhkəməsinin qərarıyla 7 il müddətinə azadlıqdan məhrum edilib. O, 1921-ci ildə həbsdən azad edilməlidir.
MilliYol.Az
Digər xəbərlər
loading...