“Azərbaycanda səfərdə olan ABŞ ticarət missiyasının əsas məqsədi ticarət və kommersiya əlaqələrini daha da inkişaf etdirməkdir”
APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfir bildirib ki, Azərbaycan öz islahatlar kursunu davam etdirir: “İslahatların həyata keçirilməsi çətindir. Dünya miqyasında necə rəqabətin olduğunu görürük. Biz bu islahatların həyata keçirilməsi və iqtisadiyyatın gücləndirilməsi ilə bağlı 3 əsas istiqaməti qeyd edirik. Bunlara qanunun aliliyinin gücləndirilməsi; korrupsiya ilə mübarizə; sistemin şəffaflaşdırılması, proqnozlaşdıra bilmə, məlumatların əldə edilməsinin yaxşılaşdırılması daxildir. Bu kimi müzakirə və söhbətləri bir çox ölkələrlə aparırıq. Bu istiqamətdə addımların atılması biznes əlaqələrimizin daha da inkişafına təkan verəcək”.
MilliYol.Az
Digər xəbərlər
loading...