Əfqanıstanın şərqində Paktiya vilayətində Qardez şəhərində polis idarəsinə hücum olub
Bu barədə xəbəri ölkənin daxili işlər naziri Nəcib Daniş təsdiqləyib.
Onun sözlərinə görə, səhər saatlarında intiharçı-terrorçu içində partlayıcı maddə olan avtomobili polis məntəqəsinə çırpıb. Daha sonra polis və hücim edənlər arasında atışma baş verib.
Hücum nəticəsində ölənlərin sayı azı 6 nəfər qeyd edilib. Daha 30 nəfərin isə yaralandığı barədə bildirilib.
DİN rəsmisi bildirib ki, iki terrorçu məhv edilib/Trend.
MilliYol.Az
Digər xəbərlər
loading...