"Bilirik ki, "Qarabağ"la Bakıda keçirəcəyimiz oyun asan olmayacaq. Lakin biz yolumuza davam etməli, çoxlu qol vurmalı və çoxlu qələbə qazanmalıyıq"
"Report"n məlumatına görə, bunu İspaniya "Atletiko"sunun futbolçusu Tomas Partey klubun mətbuat xidmətinə açıqlamasında deyib. Qanalı yarımmüdafiəçi bildirib ki, 5 saatdan çox çəkən səfərdən sonra uyğunlaşmağa çalışmalı və Çempionlar Liqasının III tur matçında hər şeyi düzgün etməlidirlər: "Uğurun açarı xırda detallardadır. Biz baş məşqçimizə qulaq asmalı, üstün oyun sərgiləməli, rəqibi təzyiq altında saxlamalı və hədəfimizə nail olmaq üçün çoxlu şans əldə etməliyik".
Özünü yaxşı hiss edən 24 yaşlı oyunçu rəqabətə hazır olduğunu və daha çox şans qazanmağa çalışacağını vurğulayıb.
Qeyd edək ki, oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Atletiko" matçı saat 20:00-da başlanacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...