“Görüş konstruktiv mühitdə keçdi. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar”
MilliYol.Az bildirir ki, Bu sözləri ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan Respublikasının Prezident Serj Sərkisyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cenevrədə keçirilən zirvə görüşü ilə bağlı bəyanatında bildiriblər. Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.
Sənəddə qeyd olunur ki, həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə edib: “Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olduqlarını deyib. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər”.
Görüşdə ATƏT Minsk Qrupunun həmsədrlərinin (İqor Popov -Rusiya Federasiyası, Stefan Viskonti -Fransa, Andrü Söfer -Amerika Birləşmiş Ştatları) , Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iştirak edib. Zirvə görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.
MilliYol.Az
Digər xəbərlər
loading...