Oktyabrın 12-də Novxanıda bağ evində əlləri və ayaqları bağlı şəkildə meyiti tapılan İran İslam Respublikasının vətəndaşı, Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin 5-ci kurs tələbəsi Möhtati Saman Nemət oğlu dəfn edilib
Lent.az xəbər verir ki, qətlə yetirilmiş 23 yaşlı tələbə atasının istəyi ilə Novxanı məzarlığında, anasının yanında torpağa tapşırılıb.
Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir. S.Möhtatinin cəsədindən ekspertiza üçün vacib olan nümunələr götürülüb və çoxsaylı ekspertizalar təyin edilib. Lent.az-ın əldə etdiyi məlumata görə, S.Möhtatinin əlləri və ayaqları bağlı şəkildə meyitinin tapıldığı ev onun atasına məxsusdur. Onun meyitini də həmin gün axşam evə gələn atası aşkarlayıb və dərhal polisə xəbər verib. İlkin müayinə zamanı onun bədənində hər hansı xəsarət aşkarlanmayıb. Belə ki, S.Möhtatinin bədənində hər hansı alətlə vurulma, boğulma və ya döyülməyə xas əlamət tapılmadığından ölüm səbəbini dəqiqləşdirmək də mümkün olmayıb.
Qeyd edək ki, S.Möhtati Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin qabaqcıl tələbələrindən olub. Onun atası İran vətəndaşı olsa da, Saman Bakıda dünyaya gəlib və burada böyüyüb.
MilliYol.Az
Digər xəbərlər
loading...