Azərbaycan Müdafiə Nazirliyinin İsrailin "Plasan” şirkətindən aldığı "Sand Cat” ("Qum Pişiyi”) zirehli avtomobillərin təqdimatı keçirilib.
"AzeriDefence”nin məlumatına görə, iyunun 25-də prezident İlham Əliyev ordunun silahlanmasına yeni daxil olmuş zirehli maşınlarla tanış olub.
Fotolardan göründüyü qədər Azərbaycan Silahlı Qüvvələri bu maşının ən azı 4 konfiqurasiyasını alıb. Bunların arasında uzaq məsafədən nəzarət və izləmə imkanına malik elektro-optik sistemlərlə təchiz edilmiş nümunə diqqəti cəlb edir.
Maşınlar "Rafael” şirkətinin istehsalı olan 12.7 mm çaplı NSVT pulemyotu ilə silahlandırılmış "Mini Samson” döyüş modulu ilə komplektləşdirilib. Digər maşında isə "Rafael”in üzərində iki ədəd "Spike LR” tipli tank əleyhinə idarə olunan raket buraxıcı qurğusu yerləşdirilmiş yeni "Samson MLS” döyüş modulu qurulub.
"Samson MLS” modulunun üzərində hədəfi hər cür hava şəraitində izləməyə imkan verən optik sistemlər və lazer məsafəölçən yer alır.
Qaynarinfo.az
Digər xəbərlər
loading...