“İstəyərdim ki, tamaşaçı deməsin yenə Aygün, bezdim onun əlindən. Qoy, Aygün üçün darıxsınlar. Türkiyədə Tarkan necə edir? Hansısa verilişə çıxanda hamı onu axtarır”
Axşam.az-ın məlumatına görə, bu sözləri rejissor Kənan M.M.-lə ailəli olan müğənni Aygün Mahmudova “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.
Sənətçi efirlərə gec-gec çıxmasının səbəbini açıqlayıb:
“İstəyərəm bizim sənətçilərimiz Tarkan səviyyəsində olsunlar, hər kəs onları axtarsın. Efirdə tez-tez görünməsinlər".
Şəxsi həyatından danışan Aygün deyib ki, heç bir qüvvə onun ailəsini dağıda bilməz:
“9 ildir ailəliyəm, övladım, həyat yoldaşım var. Bir az uşaqlara vaxt ayırdığım üçün sənətimi geriləmişdim. Bəziləri var dözə bilmir, ailəni dağıdır. Bəziləri isə deyir ki, hər şey qurban olsun ailəmə. Heç bir qüvvə mənim ailəmi dağıda bilməz. Müqəddəs sandığım ailəmə heç nə təsir edə bilməz. Türkiyədə olanda mənə dedilər ki, sənin kimi səs görməmişik, dağları deşib keçər. Dünyaya meydan oxuyan səsdə sənətçi olsam da, heç nəyi ailəmə dəyişmərəm. Bu gün həyat yoldaşım oxumağıma qadağa qoysa, desə oxuma, hər şeyi qurban verərəm. Mənim üçün ən müqəddəs ailəmin başçısıdır. Amma Kənan o qədər alicənab biridir ki, o heç zaman mənə qadağa qoymaz. Namuslu qadın heç vaxt yolunu aza, problemlə qarşılaşa bilməz”.
MilliYol.Az
Digər xəbərlər
loading...