Avstriyada keçirilən növbədənkənar parlament seçkilərində 31 yaşlı Sebastyan Kurtsun rəhbərlik etdiyi Avstriya Xalq Partiyası (ANP) liderlik edir
TASS xəbər verir ki, seçkilərdə qələbə qazanan Kurts Avstriyanın yeni baş naziri ola bilər.
Səslərin ilkin hesablanmasından sonra ANP seçicilərin 31,4%-nin səsini toplayıb. İkinci yerdə 27,4% səslə Avstriya Azadlıq Partiyası qərarlaşıb.
Qeyd edək ki, Sebastyan Kurts bundan əvvəl Avstriyanın xarici işlər naziri, ATƏT-nın sədri olub.
MilliYol.Az
Digər xəbərlər
loading...