Həkimlər bu günkü atışmada yaralanmış Səbail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadənin həyatını xilas ediblər.
Xatırladaq ki, rəis müavini onların təqib etdikləri “Toyota Prado” avtomobilindən açılan atəşlə yaralanıb.
MilliYol.Az-ın virtualaz.org-a istinadən verilən məlumatına görə, Orxan Axundzadə sağ ayağından güllə yarası alıb və onun vena damarı zədələnib. Polis zabiti dərhal M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib.
Əməliyyat altı saatdan çox davam edib.
MilliYol.Az
Digər xəbərlər
loading...