Dünən axşam saatlarında metronun “İçərişəhər” stansiyasının yaxınlığında Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bıçaqlayıb.
MilliYol.Az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə Müşfiq Mədətov çayxanadan çıxarkən baş verib. M.Mədətov ərizə ilə Bakı Şəhər Polis İdarəsinin 9-cu bölməsinə müraciət edib.
Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, Müşviq Mədətov “Qarabağ”ın futbolçusu Mahir Mədətovun əmisidir. Mahirin Azərbaycan şou-biznesinin tanınmış prodüserlərindən olan atası Anar Mədətovun qardaşı olan Müşviq Mədətov vaxtı ilə “Bakı”nın prezidenti Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədovun yanında çalışıb. Elə Mahir də vaxtı ilə yetirməsi olduğu “Bakı” klubuna məhz həmin vaxt yazılıb.
Qeyd edək ki, Müşviq Mədətov 1991-ci ildən 1995-ci ilədək Azərbaycanın eks-prezidenti Heydər Əliyevin mühafizəçisi olub. O, daha sonra Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin rəisi vəzifəsində çalışıb.
1967-ci ildə anadan olan Mədətov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 7 oktyabr tarixli hökmü ilə məhkum edilib. Cinayət Məcəlləsinin 149-cu (zorlama) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham olunan M.Mədətov cəzaçəkmə müəssisələrinə kənardan gətirilən qızları zorlamaqda ittiham olunaraq məhkəmənin hökmü ilə 13 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi onun cəzasını 11 ilə endirmişdi.
Maraqlıdır ki, zorlama ittihamında Mədətovun adı “Lotu Quli” kimi tanınan “qanuni oğru” Nadir Səlifovla birlikdə çəkilib. Sabiq bölmə rəisinin adı siyasi məhbus siyahılarında yer alıb. O, 2011-ci ildə Azərbaycan prezidentinin əfv fərmanına əsasən azadlığa çıxıb.
***
Virtualaz.org-un məlumatına görə, cinayətkarların tutulması əməliyyat keçirilən zaman, silahlı şəxslər polislərlə atışıb. Atışma zamanı Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadə yaralanıb.
Məlumata görə, Səbail Rayon Polis İdarəsinin əməkdaşları Mədətovu gücləndirilmiş mühafizə altına götürüblər. M.Mədətov ötən gecəni polis bölməsində keçirib. Hazırda isə o, polis idarəsinin binasındadır. Hüquq-mühafizə orqanları M.Mədətovun həyatına yeni sui-qəsddən ehtiyat edir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayətkarların tutulması üçün Daxili İşlər Nairliyində xüsusi əməliyyat qrupu yaradılıb. Hazırda Bakının bütün ərazilərində onların tutulması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Qeyd edək ki, dünən mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətov bir qrup şəxs tərəfindən bıçaqlanıb. Silahlı şəxslər onları təqib edən Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni güllələyiblər.
MilliYol.Az
Digər xəbərlər
loading...