Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, hazırkı millət vəkili Mehmet Ali Şahin yenidən evlənib. MilliYol.Az xəbər verir ki, 3 il əvvəl həyat yoldaşını itirən deputat AKP-nin baş ofisində katibəsi olmuş Zühal Fıratla ailə həyatı qurub.
4 uşaq atası olan 67 yaşlı Mehmet Ali Şahin 39 yaşlı Zühal Fıratla bir neçə gün əvvəl nişanlanmışb. Deputatın özündən 28 yaş kiçik nişanlısı ilə toyu Ankaradakı "Holiday Inn Otel"də baş tutub. Məclisə çox sayda qonaq qatılıb.
Qeyd edək ki, Mehmet Ali Şahin 2009-2011-ci illərdə Türkiyə Böyük Millət Məclisinin sədri olub. 2011-ci ildən Karabük millət vəkili olan siyasətçi 1995, 1999 və 2002-ci illərdə İstanbuldan, 2007-ci ildən Antalyadan millət vəkili seçilib. 2002-2009-cu illərdə baş nazirin müavini, 2007-2009-cu illərdə ədliyyə naziri olub.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...