Kərkük ətrafında qanlı döyüşlərin qarşısını almaq üçün Şimali İraq Kürd Muxtariyyətinə tabe olan peşmərgə müəyyən qədər geri çəkilib
Teleqraf.com xəbər verir ki, bu haqda Kürdüstan Yurdsevərlər Birliyi Məclisinin üzvü və peşmərgə komandiri Şeyx Cəfər Mustafa deyib.
O, bildirib ki, Haşdi Şabi və İraq ordusu ilə qarşıdurmaya girməmək naminə bəzi ərazilərdən geri çəkiliblər.
Cəfər Mustafa Kərkükün mərkəzində peşmərgə komandirləri ilə görüşdən sonra mətbuat konfransı keçirib.
O deyib: “Havcie əməliyyatının ardınca İraq ordusu və Haşdi Şabi gücləri Kərkükün bəzi bölgələrinin onara təslim edilməsi üçün təhdidlər yağdırmağa başladı. Peşmərgə nəzarət etdiyi bəzi bölgələrdən çəkilməycəyi təqdirdə müharibə olacağı bəyan edildi. Haşdi Şabi və İraq ordusu dünən gecədən etibarən bu ərazilərə əsgərlər toplamağa başlamışdı. Onlar Bəşir və Tazehurmatu qəsəbələrinə əsgər topladıqdan sonra peşmərgəyə hücum etmək istədilər. Biz bütün imkanlarımızı səfərbər edərək qarşıdurmadan kənarda durmağa çalışdıq”.
Qeyri-rəsmi xəbərlərə görə, peşmərgə təmas xəttindən 18 kilometr geri çəkilib. Haşdi Şabi qüvvələri isə irəliləyib.
Haşdi Şabi qüvvələrinin yerləşdiyi Bəşir və Tazehurmatu qəsəbələri Kərkükün 20 kilometrliyindədir.
MilliYol.Az
Digər xəbərlər
loading...