"Bakı Telefon Rabitəsi" MMC paytaxtın "İzmir" parkında pulsuz "Wi-Fi" şəbəkəsinin qurulması üzrə iş aparır
Bu barədə özəl olaraq Trend-ə MMC-dən bildiriblər.
Operatorun planına "Nərimanov" parkında (eyniadlı metro stnasiyasının yaxınlığında) "Wi-Fi" xidmətinin təqdim edilməsi də daxildir. Hazırda bu parkda şəbəkə sınaq mərhələsindədir.
Qeyd edək ki, simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından "İctimai Wi-Fi" layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə "İçərişəhər" dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, "Qış parkı", "Zabitlər" parkı, "Sahil", "Axundov", "Sabir", "Xaqani", "Hüseyn Cavid", "Səməd Vurğun" və "Muğan" bağları daxildir.
Xidmət işə salındıqdan etibarən şəbəkəyə 1 milyondan artıq qoşulma qeydə alınıb.
MilliYol.Az
Digər xəbərlər
loading...