“Yaxın illər üçün virtual pulların nağd pulları sıxışdırıb çıxarması proqnozlaşdırılmır”
Bu sözləri Axar.az-a iqtisadçı ekspert Vüqar Bayramov son günlər istifadəsinə maraq artan ilk mərkəzsizləşdirilmiş rəqəmli pul olan bitkoinlərlə bağlı danışarkən deyib. Ekspertin fikrincə, bitkoin əslində ən sadə ödəmə vasitəsidir ki, bu vasitə ilə ödənişləri daha asan və cəld formada aparmaq mümkündür:
“Kriptovalyuta olaraq bitkoin yeganə virtual puldur ki, mərkəzləşdirilmədən dövriyyəyə buraxılıb. Bu da həmin valyutanım uğur qazanması səbəblərindən biridir. Bilməyənlər üçün qeyd edək ki, bitkoin virtual puldur. Bu pulu əldə etmək istəyənlər bitkoinin internet səhifəsinə daxil olub özləri üçün pulqabı yarada bilərlər. Həmin pulqabı vasitəsilə bitkoin sifariş etmək münkündür.
Bitkoinlərdən kredit kartı kimi istifadə etmək, virtual ödənişlər etmək, bilet almaq, internet üzərindən hər hansısa sifariş və sair işləri həyata keçirmək mümkündür. Bitkoin əslində ən sadə ödəmə vasitəsidir. Həmçinin bitkoinlərin yığım funksiyası da var. Burada yığılan vəsaiti sonradan daha baha qiymətə satmaq mümkündür”.
V.Bayramov bildirib ki, bu valyuta növünə maraq durmadan artır. Ekspert əlavə edib ki, bitkoinlərin yığım vasitəsi olaraq manata heç bir təsiri yoxdur. Ancaq dollara var:
“Çin Xalq Respublikası bir müddət öncə bitkoin istifadəsinin ölkə ərazisində məhdudlaşdırılacağı ilə bağlı məlumat yaymışdı. Lakin bir çox inkişaf etmiş ölkələrin bitkoinə marağının artması həmin məhdudiyyəti aradan qaldırdı. Və bu dünyada bitkoinə marağı daha da artırdı.
Bitkoinin yığım vasitəsi olaraq manata heç bir təsiri yoxdur. Çünki bitkoin virtual puldur və Azərbaycan və bu kimi inkişaf etmkdə olan ölkələrin valyutalarına təsiri mümkünsüzdür.
Ancaq dollar yığımlarına təsir göstərir. Çünki bitkoinin bütün hesablaşmaları dollarla aparılır. Virtual pulların sayı artdıqca, nağd pulların istifadə dairəsi nisbətən genişlənir. Bitkoinə də maraq artdıqca, bu, dolların məzənnəsinə və dövriyyəsinə təsir edəcək. Çünki bitkoin özü dollar istifadə dairəsinə və ya nağd pullara təsir edir.
Hələlik ciddi təsirlərin olduğunu söyləmək olmaz. Ancaq gələcəkdə bitkoinin istifadə dairəsi genişləndikcə bu təsirlərin olması gözləniləndir”.
İqtisadçı alim bildirib ki, bitkoinin istifadəsində hər hansısa çətinlik olmazsa, ümumiyytlə, o valyuta coğrafi baxımdan limitsiz və məhdudiyyətsiz olaraq işləmək imkanına malik olarsa, bu, onlara marağın artmasına səbəb olacaq:
“Hazırda bitkoindən istifadə dünya üzrə dayanmadan artır. Bitkoinə marağın artması aparıcı ölkələrin bitkoinə və ya virtual pullara yanaşmasından asılı olacaq. Çünki bəzi aparıcı ölkələr bitkoinlərin istifadəsini məhdudlaşdıran zaman onun qiymətində azalmalar olur”.
Qeyd edək ki, bitkoinin qiyməti rekord həddə bahalaşıb və 5874 dollara çatıb.
MilliYol.Az
Digər xəbərlər
loading...