“Türkiyəni Qərb və dünyadan təcrid üçün əllərindən gələni edənlər nahaq yerə əziyyət çəkirlər”
“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan təşkilatın mərkəzi qərargahında partiyanın əyalət sədrlərinin genişləndirilmiş toplantısında deyib.
“Avropa İttifaqı viza rejimini ləğv etmədi. Nə oldu? Dünya başımıza yıxıldı? Hələ də bunu təsdiqləyirlər. Bu döşəkdən biz deyil, sız qaçacaqsınız. Əgər doğru-dürüstsəniz, açıqlama verin. Biz də işimizi bilək. Bizim sizə ehtiyacımız yoxdur. Bizim bir-birimizə qarşılıqlı ehtiyacımız var. Yanımızda olanları unutmadığımız kimi, ayağımızın altını qazanları da unutmayacağıq. Müttəfiq dediyimiz dövlətlərin ölkəmizə qarşı ikiüzlü davranışından çox narahatıq. Üz-üzə gələndə hər cür təminat verənlər, arxamızda min cür oyundan çıxırlar. Bizə haqq və azadlıqdan dərs verənlər sərf etməyəndə bu məsələlərdən əl çəkdiklərini açıq-aşkar görürük. Terror qrupları ilə qol-qola girib bölgəmizdə gəzməyə başlayırlar”, – o deyib.
Türkiyə prezidenti vurğulayıb ki, İŞİD-ə qarşı mübarizə adı altında “PYD” və “YPG” (terrorçu PKK-nın Suriyadakı qolları – red.) terror qruplarına pulsuz-parasız silah verilir: “Bu qədər silah-sursat verməkdə əsas məqsəd nə ola bilər?!”.
R.T.Ərdoğan İdlibdə əməliyyatların başlamasından da danışıb: “Kimsə bizə “bunu belə etməyin!” deyə bilməz. Suriya ilə həmsərhəd olan bizik”.
MilliYol.Az
Digər xəbərlər
loading...