Sumqayıt Şəhər Prokurorluğu Novxanıda meyiti tapılan İran vətəndaşı ilə bağlı məlumat yayıb
Prokurorluqdan APA-ya verilən məlumata görə, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda cinayəti törətmiş şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri və təxirəsalınmaz istintaq - əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Novxanıda İran İslam Respublikası vətəndaşı, 1994-cü il təvəllüdlü Möhtati Saman Nemət oğlunun meyiti aşkarlanıb.
MilliYol.Az
Digər xəbərlər
loading...