Ticarət və xidmət sektoruna kreditlərin cəmi kredit qoyuluşunda xüsusi çəkisi isə 17%-ə yüksəlib
Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşunda ilin əvvəlindən başlayan azalma avqust ayı ərzində də davam edib. Belə ki, bu sektora kreditlərin həcmi avqust ayı ərzində 2,5%, ilin əvvəlindən isə 14,5% azalaraq cari il sentyabrın 1-nə 2 108,5 mln. manat təşkil edib.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Hesabata əsasən, ticarət və xidmət sektoruna kreditlərin cəmi kredit qoyuluşunda xüsusi çəkisi isə əksinə, ilin əvvəlindəki 15%-dən 17%-ə yüksəlib.
Qeyd edək ki, ölkə iqtisadiyyatına kredit qoyuluşu bu il sentyabrın 1-nə 12 376,6 mln. manat təşkil edib. Bunun da 1 824,0 mln. manatının və ya 14,7%-nin ödəmə vaxtı keçib.
MilliYol.Az
Digər xəbərlər
loading...