“Gələn ilin sentyabr ayında SOCAR-ın Türkiyədə yerləşən STAR neft emalı zavodunda istehsal edilən neft məhsulları ilə dolu ilk tankeri yüklənərək, satışa çıxarılacaq”
Bunu “SOCAR Turkey Enerji” şirkətinin Əməliyyat üzrə baş direktoru Emin Eminov Bakıda keçirilən “Argus Azərbaycan Beynəlxalq Neft Sammiti - 2017”-nin ikinci günündə bildirib.
Onun sözlərinə görə, zavodun tikintisinin 90%-dən çoxu yerinə yetirilib: “Bu ilin sonunda zavod layihə gücünə çatacaq və tam gücü ilə fəaliyyətə başlayacaq. Gələn ilin avqustunda ilk istehsal başlanılacaq və sentyabr 20-də kommersiya satışlarına start veriləcək. Bu da simvolik olaraq Azərbaycanda neftçilər günü ilə üst-üstə düşəcək”.
E.Eminov bildirib ki, zavod tam gücü ilə işləməyə başladıqdan sonra zavodda 750 nəfər işçi çalışacaq. (apa)
MilliYol.Az
Digər xəbərlər
loading...