Türkiyədə fövqəladə vəziyyət rejiminin daha üç ay uzadılacağı gözlənilir
Oxu.Az NTV-yə istinadən xəbər verir ki, belə bir bəyanatla hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının başçısı Mustafa Elitaş çıxış edib.
Onun sözlərinə görə, fövqəladə vəziyyət rejiminin uzadılması məsələsi oktyabrın 16-da Milli Təhlükəsizlik Şurasının toplantısında müzakirə olunacaq: “Qərar Nazirlər Kabinetində qəbul olunduqdan sonra parlamentdə müzakirə ediləcək”.
Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra tətbiq olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...