Bu ayın sonunadək Keşlədəki “Şanxay” adlanan ərazinin, yəni Nizami rayonu, P.Fərzəliyev küçəsindəki evlərin söküntüsünə başlanılacaq
Sentyabrın 11-də 100 ailəyə bildiriş paylanılıb. Bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, dəmir yoluna yaxın evlərin ölçülməsi və siyahıya alınması işləri tamamlanıb. Amma qiymətləndirmə ilə bağlı bildirişlər narazılığa səbəb olub. Sakinlər isə yenidən ölçmə və qiymətləndirmə aparılmayacağı təqdirdə evlərini tərk etməyəcəklərini bildiriblər.
“Bütün sakinlər “Vahid Qiymətləndirmə Şirkəti” MMC-nin ölçüm və qiymətləndirməsindən narazıdır. Sahəsi çox olan evlərin əksəriyyətində sahə az göstərilib, hətta otaqlar belə qeyri-yaşayış sahələri kimi qeydiyyata alınıb. MMC ekspertlərinin fikrincə, mənzillərin hündürlüyü standartlara uyğun deyil, bu isə mənzilin ümumi sahənə təsir edir”, - sakinlərin sayta ünvanladıqları şikayətində deyilir.
Şikayətçilər əlavə ediblər ki, evlərin hər kvadrat metri 500-1000 manat arasında hesablanıb. Belə ki, yaşayış sahəsi 1000, qeyri-yaşayış sahələri 500 manatdan hesablanıb. Bir çox evlərdə hamam, ayaqyolu, mətbəx, həyət nəzərə alınmayıb. “Verilən kompensasiyanı alanlar var, onlar həmin məbləğə Bakıətrafı qəsəbələrdən belə ev ala bilmirlər. Kompensasiya bankdan alınır, ödənilən məbləğ üçün faiz tuturlar”.
Sakinlər ölkə rəhbərliyinə mürciət ediblər. Onlar yenidən qiymətləndirmə aparılmasını istəyirlər.
MilliYol.Az
Digər xəbərlər
loading...