Bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi (DQİDK) “İslam Həmrəyliyi: Azərbaycan örnəyi” adlı konfrans keçirib
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Prezident yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi rəhbəri və məsul şəxslər, dini icma və QHT təmsilçiləri, gənclər eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.
Axar.az xəbər verir ki, komitə sədrinin müavini Gündüz İsmayılov bu günki tədbirin adının təsadüfi seçilmədiyini deyib: “Azərbaycan örnəyi kimi hazırlanan “Azərbaycan İslam Həmrəyliyi” modeli bütün İslam dünyasına böyük bir töfhədir. Burada yalnız müsəlmanlar deyil, həm də qeyri-müsəlman əhalinin dəyərləri nəzərdə tutulur. Biz çalışırıq ki dinindən, irqindən asılı olmayaraq bütün insanları eyni dini dəyərlər və prinsiplər ətrafında birləşdirək. İslam həmrəyliyi yalnız müsəlmanların birliyi ilə məhdudlaşdırılmamalıdır. Biz digər dinlərə və mədəniyyətlərə qarşı heç bir təbliğat aparmağın tərəfdarı deyilik. Bizim məqsədimiz islam dünyası ilə qarşılıqlı şəkildə iqtisadi, siyasi, mədəni, idman hətta mənəviyyat cəhətdən birlik olmaq deməkdir. Bu gün ki tədbirimizin əsas məqsədi də bundan ibarətdir”.
DQİDK-nın təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova çıxışı zamanı İlham Əliyevin ölkədə dini sahələrə yüksək qayğısından danışıb:
"Bu il İslam Həmrəyliyi elan olunub. Azərbaycan tarix boyu bir çox sivilizasiyaların məskəni olub. Eləcə də müxtəlif dinlərin sivilizasiya mənbəyi olan ölkəmiz bu ada layiqdir. İslam dini, eləcə də digər dinlər ölkəmizdə hörmətlə qarşılanır. Azərbaycanda iqtisadi-siyasi sahədə olduğu kimi, dini sahədə də sabitlik özünü qoruyub saxlayır. Bütün dünya ölkələri arasında Azərbaycan öz multikultral mühiti, tolerantlığı ilə seçilir. Ölkədə din və dövlət arasındakı münasibətlərin konstitutsiya səviyyəsində tənzimlənməsi müsəlman və qeyri-müsəlman əhalinin birlikdə sülh və əminamanlıq şəraitində yaşamasına şərait yaradır. Dövlət tərəfindən ölkədə bir çox yeni mədrəsələrin tikilməsinə vəsait ayrılıb ki, bu da Prezidentin bu sahəyə göstərdiyi qayğının bariz nümunəsidir".
MilliYol.Az
Digər xəbərlər
loading...