Ağdaşda Qoşaqovaq kəndində bir neçə gündür ki, insanlar həyəcan içində yaşayır. Kənd sakinlərinin lent.az-a verdiyi məlumata görə, bir neçə gündür ki, tanımadıqları qara paltarlı şəxs həyətlərə girərək sakinləri təlaşa salır.
Sıx və uzun saqqallı bu adamı tanımayan kənd sakinləri dəfələrlə onu tutmağa çalışsa da, buna nail ola bilməyiblər. Bildirilir ki, naməlum şəxs həyətlərə girərək gecə saatlarında alışqan işığı yandırır və oturaraq siqaret çəkir. Məsələ ilə bağlı sakinlər polisə müraciət də ediblər.
Qoşaqovaq kənd sakinləri bildirib ki, polislər artıq kənddə araşdırmalara başlayıb və bir neçə polis nəfəri yaşayış məntəqəsinin ərazisində keşik çəkir. Həmçinin əhaliyə hava qaralandan sonra küçəyə çıxmamaq tövsiyə edilib.
Ağdaş rayon Polis Şöbəsindən lent.az-a bildirilib ki, məsələdən xəbərdardırlar və müvafiq tədbirlər görülür. Qoşaqovaq kəndi üzrə polis sahə müvəkkili Murad Quliyev isə bildirib ki, artıq 10-a yaxın evin həyətinə həmin naməlum şəxsin daxil olaraq həyəcan yaratması müəyyənləşdirilib. İnsanlara və onların mülkünə hər hansı ziyan vurmayan “çağırılmamış” qonaq daha çox təşviş yaradaraq təlaşa səbəb olur. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Daxili İşlər Nazirliyi Ağdaş rayonunda peyda olmuş naməlum şəxsin insanları təşvişə salması iddialarına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, Ağdaşda saqqallı, qara paltarlı qorxunc məxluqların peyda olması barədə yayılan məlumatların əsası yoxdur: “Bu xəbərlər təxribat xarakterli dezinformasiyalardır”.
MilliYol.Az
Digər xəbərlər
loading...