Kəmaləddin Heydərova xəyatən edərək Eldar Mahmudovun “adamı”na çevrilən Nizami İsgəndərovun qanunsuz qanusuz qızıl, brilliant biznesindən milyonlar qazandığı bildirilir
MTN generalarının ifşasından təqribən iki ilə qədər zaman keçsə də və generallara açılan cinayət işi ilə bağlı məşkəmə prossesləri yekunlaşmaq üzrə olsa da, “MTN işi” ilə bağlı yeni qalmaqallar, həmçinin yeni faktlar hələ də ortaya çıxmaqdadır.
“MTN işi”nin yeni detalları ilə bağlı paytaxt.az saytına yeni məlumatlar daxil olub və bu məlumatlara əsasən keçmiş MTN şefi Eldar Mahmudovun birbaşa hamiliyi ilə ölkədə geniş fəaliyyət göstərən şəbəkələrdən biri də “qızıl, briliyant mafiyası” fəaliyyət göstərib. Bu mafiyanın ən aktiv üzvlərindən biri isə sabiq deputat, iş adamı, Sumqayıtdakı Ticarət Mərkəzinin sahibi Nizami İsgəndərov olub. Yəqin ki, Nizami İsgəndərov oxuculara heç də yad biri deyil. Sadəcə məlumat üçün qeyd edək ki, bir zamanlar Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun biznes komandasında yer alan və elə fövqəlnazirin dəstəyi ilə Milli Məclisdə deputat mandatı qazanan Nizami İsgəndərov daha sonra məhz Kəmaləddin Heydərova xəyanət etdiyinə görə növbəti seçkilərdə mandatsız qalıb.
Bu barədə saytımızı məlumatlandıran mənbə bildirib ki, Nizami İsgəndərovun Kəmaləddin Heydərova xəyanəti deputat seçildikdən sonra MTN şefi Eldar Mahmudovla birgə qanunsuz biznes əlaqələrinə girməsi olub. Bundan xəbər tutan Heydərov isə Nizami İsgəndərovk öz ətraından uzaqlaşdırıb və onun üzərindən bir mənalı olaraq xətt çəkib. Mənbə onu da bildirib ki, Nizami İsgəndərov Kəmaləddin Heydərovun komandasına keçmiş Nəqliyyat naziri Ziya Məmmədovla konflikti olduğuna görə girə bilib və Ziya Məmmədovla konfliktdə olan Heydərov sumqayıtlı iş adamı öz qanadları altına alıb. lakin bir müddət sonra, daha doğrusu Eldar Mahmudov Milli Təhlükəsizlik naziri kimi öz mövqelərini kifayət qədər möhkəmləndirdikdən sonra, Nizami İsgəndərov Kəmaləddin Heydərovu məhz Eldar Mahmudova dəyişib.
Mənbə bildirir ki, Eldar Mahmudovla Nizami İsgəndərovun biznes əlaqələri qanunsuz qızıl və brilyant alveri üzərində qurulub. Həmin dönəmdə ölkəyə qaçmalçılıq yolu ilə gətirilən qızıl və briliyantların böyük əksəriyyətinin İsgəndərovlara məxsus olan Sumqayıtdakı Ticarət Mərkəzlərində satışa çıxarıldığını bildirən mənbə onu da qeyd edib ki, Eldar Mahmudovla Nizami İsgəndərovun briliant biznesi Mahmudov vəzifədən ayrıldığı günə qədər davam edib.
Qeyd edək ki, Nizami İsgəndərovun Eldar Mahmudovla qanusuz brilliant biznesi ilə bağlı sensasion məlumatları bəzi informasiyaları dəqiqləşdirdikdən sonra, növbəti yazımızda oxucularımızın diqqətinə cəlb edəcəyik. Bizi izləməkdə davam edin. (paytaxt.org)
MilliYol.Az
Digər xəbərlər
loading...