"Mən həbs olunmamışam. Telefonumu hamı bilir, zəng edib, maraqlanmayıb xəbər yazırlar. Bu xəbərləri haradan götürürlər, kim fikirləşir, necə yazılır başım çıxmır".
Bu sözləri teleqraf.com-a açıqlamasında bu gün həbs olunması xəbəri yayılan rep ifaçısı Elşad Xose deyib.
"Belə bir hadisə olsa, mən indi burada ola, sizinlə danışa bilməzdim. O xəbəri yazanda mənbəyi də qeyd etmək lazımdır. Hansısa idarə, bölmə açıqlama verməlidir. Bir sayt yazır ki, o biri saytın yazdığına görə... Belə xəbər yazarlar? Mən artıq belə xəbərlərə qeyri-ciddi yanaşıram. Tanınmış sayt deyilsə, fikir verməməyə çalışıram".
Mediada yer alan xəbərə görə, Elşad Xoseni polislər saxlayıb. Hadisə iyunun 22-dən 23-nə keçən gecə Bakı şəhərində baş verib. Saxlanarkən Elşad Xosenin üzərində heroin maddəsinin aşkarlandığı iddia edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...