ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ölkələr arasında yaranmış viza böhranını müzakirə etmək üçün gələn həftə Türkiyəyə gələcək
Türkiyənin NTV telekanalı xəbər verir ki, nümayəndə heyətinə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Conatan Koen başçılıq edəcək. Səfərin dəqiq vaxtı bildirilmir.
Xatırladaq ki, diplomatik qalmaqala İstanbulda ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. Türkiyə hökuməti onu ABŞ-da mühacirət həyatı yaşayan və ötən il Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənlə əlaqədə şübhəli bilir.
Bu qalmaqal Türkiyə və Birləşmiş Ştatlar arasında qeyri-immiqrasiya vizalarının verilməsinin qarşılıqlı surətdə dayandırılması ilə nəticələnib. (virtualaz.org)
MilliYol.Az
Digər xəbərlər
loading...