Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2017-ci ilin sentyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib
DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqlarına görə 53 nəfər saxlanılıb, onların 19 nəfəri Azərbaycan Respublikası, 9 nəfəri Özbəkistan, 2 nəfəri Rusiya, 16 nəfəri İran İslam Respublikası, 2 nəfəri Tacikistan, 1 nəfəri Əfqanıstan, 1 nəfəri Cənubi Afrika, 1 nəfəri Suriya, 1 nəfəri Misir, 1 nəfəri Konqo vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən 998 halda 1118 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 445 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 28 kq 747,1 qram narkotik maddə aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 1 milyon 851 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 2 ədəd siqnal tapançası, 2 ədəd mina , 18040 ABŞ dolları, 2 milyon Rusiya rublu, 6 milyon İİR tüməni, 6 kq mis, 5092 qutu pirotexniki vasitə, 4877 qutu siqaret, 292 ədəd mobil telefon, 2476 ədəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.
Dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...